Vyetnamda zəlzələ baş verdibackend

Vyetnamda zəlzələ baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 47,4 min nəfərin yaşadığı Kontum şəhərindən 54 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 4 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.