Vyetnamın şimalı su altında: çox sayda ölənlər və itkin düşənlər varbackend

Vyetnamın şimalı su altında: çox sayda ölənlər və itkin düşənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşqınlar Vyetnamı su altında qoyub, “Yagi” qasırğasının qurbanlarının sayı 60 nəfəri keçib.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Şiddətli daşqınların Vyetnamın şimalını, o cümlədən paytaxt Hanoyu su altında qoyacağı gözlənilir.

Təbii fəlakətin yaratdığı torpaq sürüşmələri və daşqınlar artıq 65 nəfərin həyatına son qoyub, daha 39 sakin isə itkin düşüb. İnsanların çoxu torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olub. 752 nəfər yaralanıb.

Vyetnamın şimalında bir neçə çayın səviyyəsi həyəcan verici səviyyəyə yüksəlib, kəndləri və yaşayış məntəqələrini su basıb. Bazar ertəsi ölkənin şimalındakı Phu Tho əyalətində Qırmızı çay üzərində 30 illik köhnə körpünün uçması nəticəsində 8 nəfər itkin düşüb. İctimai səsucaldanlardan istifadə edən rəsmilər sakinləri təxliyə etməyə hazır olmaları barədə xəbərdarlıq edir. Daşqınlar həmçinin 148.600 hektar və ya təxminən 7% çəltik sahələrini su altında qoyub və 50.000-ə yaxın evə ziyan vurub

//Samir Qurbanov, Editor.az