Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin Elmi İnformasiya Mərkəzinin keçmiş direktoru Nguyen Minh Tam İndoneziyadakı etirazların arxasında Mərkəzi Kəşfiyyat İdarəsinin dayandığını bildirib.
Editor.az xəbər verir ki, bu barədə Vyetnamlı siyasi və hərbi analitik Nguyen Minh Tam müsahibəsində İndoneziyada baş verən hadisələrdən danışıb.
Ekspert nümayişlərin arxasında MKİ-nin olduğunu iddia edib. Minh Tam açıqlamasında bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi çoxpartiyalı sistemə malik ölkələrdə müxalifət qüvvələrinə sızır və daxili ziddiyyətlərdən ABŞ-ın maraqları üçün istifadə edir.
“Dünya siyasi tarixinə nəzər salsaq, bunun arxasında yalnız CIA dayana bilər. Amerikalıların hazırkı diqqəti ASEAN-ı bölməkdədir” ,- deyə bildirib.
Ekspert həmçinin İndoneziya prezidentinin Çinə səfərinə mane olmağın qısamüddətli məqsəd olduğunu bəyan edərək əsl məqsədin 2025-ci il yanvarın 6-da rəsmi olaraq BRİKS-ə qoşulan İndoneziyanın regional rolunu zəiflətmək olduğunu və gələcəkdə ŞƏT-də daha fəal iştirak edə biləcəyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

