ABŞ-da keçirilən rəy sorğusuna əsasən ölkə əhalisinin yarıdan çoxunun ABŞ prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakına şübhə ilə yanaşdığı məlum olub.
Editor.az xəbər verir ki sorğunu “Wall Street Journal” keçirib.
Respondentlərin 52 faizi Baydenin 2024-cü il prezident seçkilərində prezidentliyə namizəd olmayacağını düşündüyünü bildirsə də 29 faizi ikinci seçkilərə namizəd olacağını proqnozlaşdırıb, 19 faizi isə fikir bildirməyib. Öz partiyası olan Demokratlar arasında rəyi soruşulanların 41 faizi Baydenin yenidən seçiləcəyini, 32 faizi seçilməyəcəyini, 26 faizi isə onun namizədliyinə əmin olmadığını bildirib.
Mövzu ilə bağlı Ağ Evdən gələn əvvəlki açıqlamalarda Baydenin ikinci dövr prezidentliyi düşündüyü, lakin son qərarını 2022-ci ilin noyabrında keçiriləcək ara seçkilərdən sonra verəcəyi bildirilmişdi.
Qeyd edək ki, Bayden 78 yaşında hakimiyyətə gəldi və bu, onu ABŞ tarixinin ən yaşlı prezidenti etdi.
//Gülnarə Abasova, Editor.az

