Washington Post: ABŞ Rusiya-Çin ittifaqının güclənməsinə cavab verməlidirbackend

Washington Post: ABŞ Rusiya-Çin ittifaqının güclənməsinə cavab verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Washington Post (WP) ABŞ-ı artan və güclənən Rusiya-Çin müttəfiqliyinə cavab verməyə çağırıb.

Editor.az qəzetin dərc etdiyi məqaləyə istinadla bildirir ki, Rusiya və Çinin güclənən müttəfiqliyi dünya düzənini yenidən qura bilər, ona görə də ABŞ və müttəfiqləri bu cür hadisələrə hazır olmalıdırlar.

“Amerikanın iki ən böyük strateji və hərbi rəqibi arasında artan ittifaq, ABŞ-ın yarım əsr əvvəl etdiyi kimi, dünya nizamını kökündən dəyişdirə bilər. Amerika və onun demokratik müttəfiqləri əks göstərişlərə daha yaxşı hazır olsunlar”, – məqalədə deyilir.

Ötən bazar ertəsi Kyodo agentliyi Kanadanın ABŞ, Cənubi Koreya və Yaponiyaya Rusiya və Çinlə mübarizə üçün dördtərəfli təhlükəsizlik əməkdaşlığının yaradılmasını təklif etdiyini yazıb. Qeyd edək ki, həmin gün Çinin sədri Si Cinpin Moskvaya rəsmi səfərə gedib. Rusiya prezidenti Vladimir Putinlə görüşündə Çin lideri Rusiya ilə Çin arasında sıx münasibətlərin qurulmasına ümid etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az