Washington Post: Ukrayna kəşfiyyatının məxfi materialları Kiyevdən çıxarıldıbackend

Washington Post: Ukrayna kəşfiyyatının məxfi materialları Kiyevdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna kəşfiyyatı Kiyevdəki qərargahından məxfi material və avadanlıqları Ukraynanın qərbindəki təhlükəsiz yerə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “The Washington Post” mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, məxfi sənədlərin çıxarılması, eləcə də müttəfiqlərdən silah tədarükü Ukraynanın Rusiyanın işğalına icazə verdiyini və müharibəyə hazırlaşdığını göstərir.

Adı açıqlanmayan ABŞ hökumət rəsmisi bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası və Ukrayna hərbçiləri Rusiyanın işğalı ehtimalı ilə bağlı fərqli təxminlərə malikdirlər.

Onun sözlərinə görə, müşavirlərinin Zelenskiyə dedikləri ilə ordu və kəşfiyyatın dedikləri arasında böyük fərq var.