“WhatsApp” son zamanlar bir çox yenilikləri ilə istifadəçilərini sevindirib. Bu dəfə də messencerdə yazışmaları “İOS”dan “Android”ə köçürtməyə imkan verən funksiya işə salınacaq.
bu barədə “WABetaInfo” yazır.
Yenilənmədən sonra “WhatsApp”ın iOS-versiyasında, “Settings” yerində daha bir bölmə olacaq. Bunun vasitəsilə yazışmaları, səsli mesajları, foto və videoları “Android” cihazlarına köçürtmək mümkün olacaq.
Hazırda yeni funksiya “iOS”da olan beta-versiyada test edilir. Digər istifadəçilər üçün isə bu, bir müddət sonra əlçatan olacaq.
İlk öncə köçürülməni “Samsung” smartfonlarına etmək olacaq.
Qeyd olunur ki, “Android”dən “İOS”a köçürülmə hələ də mümkün deyil.





