“Whatsapp” mesajları izlənilir? – İDDİAbackend

“Whatsapp” mesajları izlənilir? – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ProPublica” şirkətinin hesabatına görə, sosial media nəhəngi Facebook Whatsapp-ın istifadəçi məlumatlarına daxil olub. Əlçatmaz olduğu iddia edilən şifrələmə sisteminin, əslində, deaktiv olduğu anlaşılıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Yorkda yerləşən şirkətin yayımladığı hesabatda Facebook işçilərinin Vatsap mesajlarını oxuya və səsləri dinləyə bildiyi iddia edilib.

Mesajlara xüsusi proqram vasitəsilə daxil olunduğu da bildirilib. Facebook-un mesajları görmək üçün bir çox nöqtədə 1000-dən çox müqaviləli işçisinin olduğu vurğulanıb.