Wizz Air ukraynalı qaçqınlara 100 min pulsuz bilet ayırdığını açıqlayıbbackend

Wizz Air ukraynalı qaçqınlara 100 min pulsuz bilet ayırdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanda yerləşən Wizz Air aviaşirkəti müharibədən qaçaraq müxtəlif ölkələrə keçən qaçqınlara 100 min pulsuz bilet verəcəyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət ukraynalı qaçqınların təyinat yerlərinə çatmasına kömək edəcəyi ilə bağlı öhdəliyini elan edib.

Wizz Air bazarda ucuz bilet qiyməti ilə seçilir. Biletlər aviaşirkətin Polşa, Slovakiya, Rumıniya və Macarıstandan uçan reyslərində etibarlı olacaq.

Birləşmiş Millətlər Təşkilatı indiyədək müharibədən qaçaraq 700 minə yaxın insanın qaçqın vəziyyətinə düşdüyünü açıqlayıb. Bu qaçqınların təxminən 450 min nəfərinin Polşaya daxil olduğu qeyd edilir.

//Gülnarə Abasova, Editor.az