WSJ: Elon Musk Texasda öz şəhərini qurmaq istəyirbackend

WSJ: Elon Musk Texasda öz şəhərini qurmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı iş adamı İlon Mask ABŞ-ın Ostin (Texas) yaxınlığında öz şəhərini qurmağı planlaşdırır.

Editor.az bu barədə “The Wall Street Journal”a istinadən yazır.

Şəhərin Kolorado çayı boyunca yerləşməsi təklif edilirdi. Şirkət işçiləri Maskın öz ideyası əsasında qurmaq istədiyi şəhərdə yaşayıb işləyə bilər. Məlumata görə, qəsəbə Texasda tikilməkdə olan SpaceX və Boring Company obyektlərinə bitişik olacaq. Artıq bir neçə modul tipli ev, idman meydançası, hovuz və idman zalı tikilib.

Əvvəllər bildirilmişdi ki, 2022-ci ilin dekabr ayının sonunda hazırda İlon Maska məxsus olan Amerikanın Twitter şirkətinin gəliri və düzəliş edilmiş mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 40% azalıb. Belə dinamikanın əsas səbəblərindən biri də bir sıra reklamçıların sosial şəbəkə ilə əməkdaşlıqdan imtina etməsidir.

//Gülnarə Abasova, Editor.az