Amerikalı milyarder İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə müntəzəm əlaqə saxladığı iddia edilir.
Editor.az bu barədə “The Wall Street Journal” a istinadən yazır. “Dünyanın ən zəngin adamı və ABŞ-ın kosmos tədqiqatlarının sütunu olan İlon Mask 2022-ci ilin sonundan etibarən Rusiya prezidenti Vladimir Putinlə müntəzəm əlaqə saxlayır”, – nəşr yazır. Nəşr yazır ki, iddia edilən əlaqələr Qərbdəki bir çox indiki və keçmiş məmurlar tərəfindən təsdiqlənib.
WSJ həmçinin iddia edir ki, Tayvan məsələsi Putinlə Mask arasında “danışıqlar”ın mövzuları arasında olub. Qəzet yazır: “Putin bir dəfə milyarderdən Çin lideri Si Tszinpinə yaxşılıq olaraq Tayvan üzərindən Starlink peyk internetini aktivləşdirməməyi xahiş edib”. Bildirilir ki, bu təmaslar həm də mövcud administrasiyanın bəzi üzvləri arasında potensial milli təhlükəsizlik narahatlıqlarını artırıb.
WSJ yazır ki, Musk ABŞ ordusu və kəşfiyyat orqanları ilə dərin işgüzar əlaqələri inkişaf etdirərək ona Amerikanın ən gizli kosmik proqramlarını izləmək üçün unikal imkan yaradıb.
//Gülnarə Abasova, Editor.az

