Xaçmazda sərxoş sürücü qəza törətdi – 3 nəfər xəsarət aldıbackend

Xaçmazda sərxoş sürücü qəza törətdi – 3 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Nərəcan kəndi ərazisində gecə saat 23:00 radələrində qeydə alınıb.

Yolda hərəkətdə olan “VAZ-21015” avtomobili əvvəlcə traktor, daha sonra “Shacman” markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən traktor yolun kənarına aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Qəza zamanı “VAZ-21015” avtomobilinin sürücüsünün sərxoş vəziyyətdə olduğu deyilir.

Hadisədə xəsarət alan 1962-ci il təvəllüdlü Xəlilov Fətulla Sədulla oğlu alt çənə və üz nahiyəsinin açıq yırtığı, 1992-ci il təvəllüdlü Həsənov Yüksəl Soltanəhməd oğlu alt dodağın və döş qəfəsinin əzilməsi və 1959-cu il təvəllüdlü Seyidov Seyidşah Buxsay oğlu alın nahiyəsinin cırılması və döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin tibbi yardım aldıqdan sonra Y.Həsənov və S.Seyidov ambulator müalicəyə göndəriliblər.

//Trend