“Xalam oğlu mənə təcavüz edib” – Fuad Qəhrəmanlının qızıbackend

“Xalam oğlu mənə təcavüz edib” – Fuad Qəhrəmanlının qızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış siyasətçi Fuad Qəhrəmanlı qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

S.Qəhrəmanlı hadisənin 1 il əvvəl baş verdiyini yazıb. O, hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

“İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam. 2020-ci il 24 avqust tarixində vəkilim Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anamla danışanda mənə evə gəlmək əvəzinə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi. Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Mən onlara gedəndə yalnız xalam oğlu evdə idi”.

S.Qəhrəmanlının iddiasına görə, xalası oğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra ona təcavüz edib: “Mənə stəkanda içki uzadıb “bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə necədi?” kimi bir cümlə qurub içməyi təklif etdi. Sadəcə bir-iki qurtum alıb tamına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. Səhər özümə gəldim və başımı çevirdikdə yanımda əsgər var idi. O gün ilə bağlı xatırladığım ən net şey ağrı və qandır. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi”.

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib: “Sadəcə gerçəyi bilmək üçün ona yalandan hər şeyi xatırladığım deyib, sıxışdırdım. Nəhayət mənə özü hər şeyi danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə “mən düşündüm ki, yəqin sən də istəyərsən” oldu”.

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə “kifayət qədər sübut olmadığı” iddiası ilə xitam verdi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. Nəhayət, iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib”.

Pravda.az