Belarus prezidenti Aleksandr Lukaşenko rejimini devirmək üçün xalq silahlı üsyanı başlayarsa, Rusiya müdaxilə edəcək.
Editor.az bildirir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, “Bu qonşu dövlət (Belarus – red.) bizim tərəfdaşımız, müttəfiqimiz və qardaş dövlətimizdir. Təbii ki, Rusiya Federasiyasının Belarusun təhlükəsizliyini təmin etmək öhdəliyi var və biz bunu açıq-aşkar bir edəcəyik”. Peskov həmçinin Polşanı Rusiyaya “düşmən” dövlət adlandırıb.
Peskova görə, bu dövlət “əslində qonşu dövlətin daxili işlərinə birbaşa, o cümlədən güc yolu ilə müdaxilə etmək niyyətindən açıq danışır”.
//Samir Qurbanov,Editor.az