Xalq artisti: “Pul mənə hamıdan çox lazımdır”backend

Xalq artisti: “Pul mənə hamıdan çox lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova instaqramda yazıb. Aktrisa ona ünvalanan “Seriallara niyə çəkilmirsiniz” sualına ətraflı cavab verib:

“Çox sual verirlər, niyə seriallara çəkilmirsiniz? Bəli, mən də çəkilmək istəyirəm, bəlkə də pul mənə hamıdan çox lazımdır, yalnız aktyorluq sənətimi çox sevdiyim, səhnədəki möhtəşəm obrazları ürəkdən yaradan və hər bir obraza ürəyimin bütün damarlarındakı axan qanımı axıtdığım, günahsız ürəyimi zəiflətdiyim üçün necə gəldi çəkilə bilmirəm. Təklif edən rejisorlara da təşəkkür edirəm. Bu haqda çox danışmaq istəmirəm. Bəli, tam yoxdur demirəm, amma inanıram ki, nə vaxtsa əsil sənət və sənətkarlara layiq filmlər və seriallar çəkiləcək! Bunun üçün də tək rejisor və yaxud aktyorla olmur: bunun üçün ilk maliyyə və filmin düzgün truppası lazımdır. Çox inanıram, Azərbaycan incəsənətinin istedadlı nümayəndələrinə”.