“Noyabrın 19-u, saat 04:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən çağırış qeydə alınıb”.
Bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
Qeyd olunub ki, çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən Xalq artisti Roza Cəlilovanın həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.

