Xalq artistindən ƏRİNƏ: “Səni sevirəm Yusif” – FOTObackend

Xalq artistindən ƏRİNƏ: “Səni sevirəm Yusif” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti Anna Netrebko həyat yoldaşı Azərbaycanın Xalq artisti Yusif Eyvazov ilə bağlı paylaşım edib. 

Editor.az bizim media-ya istinadən xəbər verir ki, sənətçi əri ilə toy günlərində çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, yeddi il əvvəl ailə həyatı qurduğunu yazıb.

“7 il əvvəl… Uçuşa davam… Səni sevirəm Yusif”, – deyə Anna bildirib.

Qeyd edək ki, Anna Netrebko ilə Yusif Eyvazov 2015-ci ildə ailə qurublar. Cütlüyün övladı yoxdur. İlk əri, müğənni Ervin Şrottdan Anna 2008-ci ildə bir oğul dünyaya gətirib və adını Tiaqo qoyub. Anna Netrebko autizmli uşaq böyüdən milyonlarla qadına nümunədir.