Xalq artisti Zümrüd Məmmədovaya ağır itki üz verib.

Sənətçinin bacısı Mədəniyyət kanalının ədəbi dram verilişləri redaksiyasının rejissoru Arzu Mövlud dünyasını dəyişib.

Yenicag.az-a göz yaşları içində açıqlama verən müğənni bacısının vaksin vurdurandan sonra boğularaq öldüyünü deyib:
“Allergiyası vardı, istəmirdi vaksin vurdursun. Məcbur ediblər. Təcili yardım çağırdıq, öləndən sonra gəlib çıxdı”.

