XALQ ARTİSTİNİN BAŞINA DƏHŞƏTLİ İŞ GƏLDİbackend

XALQ ARTİSTİNİN BAŞINA DƏHŞƏTLİ İŞ GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xalq artisti, aktrisa Raisa Ryazanova fırıldaqçıların qurbanı olub.

Söz az REN.TV-yə istinadən xəbər verir ki, onun 4 milyon rublunu mənimsəyiblər.

Fırıldaqçılar ənənəvi olaraq özlərini Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edərək qadını bank hesablarının təhlükəsiz olmadığına inandırıblar.

Onların göstərişi ilə Ryazanova hesabından 4 milyon rubl çıxararaq naməlum gəncə verib.

Polis Raisa Ryazanova ilə profilaktik söhbət aparıb.

Qeyd edək ki, aktrisa “Moskva göz yaşlarına inanmır” və “Gözəl doğulma” filmlərindəki rolları ilə tanınır.