Son zamanlar geyimi və fit bədən quruluşu ilə ən çox adından söz etdirən yerli şou-biznes nümayəndələrindən olan Xalq artisti Tünzalə Ağayeva yenidən diqqət mərkəzinə düşüb.
Titul.az xəbər verir ki, o, bu dəfə qızı ilə diqqətləri üzərinə çəkib. Belə ki, xanım sənətçi qızı Fidanla birgə fotosunu sosial şəbəkə hesabında paylaşaraq ona doğum günü münasibətilə bu sözləri yazıb:
“Gözəl Qızım, mənim övladım olduğun üçün çox xoşbəxtəm. Səni yaradana sonsuz həmd olsun. Qürur, sevinc, xoşbəxtlik, güc, həyat eşqi səbəbimsən. Ana olmağımın möhtəşəm səbəbisən. Gözəl üzün, gözəl qəlbin daima gülsün, bəxtin ən gözəllərindən olsun.
Sağlam və dəyərli ömür yaşa, məni, bütün ailəmizi sevindir İnşallah. Bütün qızlarımız, oğullarımız xoşbəxt olsunlar”.