Xalq Türkiyə üçün birləşib: “Bugünkü mənzərə bir daha dostluq- qardaşlığımızın əbədi və daimi olduğunu sübut etdi”backend

Xalq Türkiyə üçün birləşib: Bugünkü mənzərə bir daha dostluq- qardaşlığımızın əbədi və daimi olduğunu sübut etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qardaş ölkədə baş verən zəlzələ ölkəmizdə hər kəsi dərindən sarsıtdı. Həm Azərbaycan dövləti, həm də sıravi vətəndaşlarımız Türkiyənin yanında oldu. Bugünkü mənzərə bir daha qardaşılığımızın, dostluğumuzun əbədi və daimi olduğunu sübut etdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, hazırda Azərbaycan xüsusi riskli xilasetmə dəstələri də Türkiyədə fəal şəkildə axtarış və xilasetmədə iştirak edirlər:

“Həqiqətən bu zəlzələ çox ağır nəticələr yaratdı. Təəssüf ki, qardaş ölkədə insan itkisi günbəgün çoxalır. Azərbaycan xalqı sanki bu hadisəni özü yaşamış kimi hiss edərək yardıma başlayıb. Bu təcrübə də ilk deyil. Belə ki, seysmik cəhətdən aktiv ölkə olan Türkiyədə 2011-ci ildə Van zəlzələsi zamanı da Azərbaycan öz qardaşının yanında oldu. İndi də Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olub. Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Demək olar ki, Bakıda Türkiyəyə yardım üçün izdiham yaşanır. Əsl qardaşlıq nümunəsi göstərən Azərbaycan xalqı tarix boyu Azərbaycanın yanında olub, daim mənəvi dəstəyini heç zaman əsirgəməyən Türkiyəni tək buraxmadı. Paytaxtla yanaşı Gəncədə də yardım aksiyasına kifayət qədər insan qoşulub. Kimin nəyə gücü çatırsa, şəhərin müəyyən yerlərindən yaradılan məntəqələrə aparıb könüllü şəkildə təhvil verir”.

M. Cəfərovun sözlərinə görə, Azərbaycanın yerli şirkətləri də bu yardım kampaniyasında iştirak edir: “Düşünürəm ki, əgər hələ də bu sevgini, birliyi qaralamaq istəyib, kölgə salmağa cəhd edənlər varsa, onlar bunu bacarmayacaq. Çünki bunu heç kim təşkil etməyib, bu kampaniya qardaş ölkəyə qarşı xalqın öz qəlbindəki sevgidir”.

//Gülnarə Abasova, Editor.az