Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.
Editor.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Qeyd edilib ki, o, süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.
“Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”, – deyə əlavə edilib.

