Xalqa real vədlər vermək lazımdır: “Bəzi millət vəkillərinin aşırı təhqirə məruz qalmasının GÜNAHI ÖZLƏRİNDƏDİR”backend

Xalqa real vədlər vermək lazımdır: “Bəzi millət vəkillərinin aşırı təhqirə məruz qalmasının GÜNAHI ÖZLƏRİNDƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkələrdə tənqidin təhqirlə əvəz olunması təəssüf doğurur. Bu fakt cəmiyyət olaraq bizim zəifliyimizdən xəbər verir. Təəssüf ki, hələ də fikirlərimizi mədəni şəkildə ifadə etməyə çətinlik çəkirik. Təhqir, söyüş acizlik əlamətidir. Özünə hörmət edən, intellektinə, dünyagörüşünə güvənən insan bu “silah”dan imtina etməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Baş redaktorun sözlərinə görə, millət vəkillərinin sosial şəbəkələrdə təhqir olunmasını da üzüntü ilə izləyirəm:

” Hesab edirəm ki, deputatların hamısını tərəzinin eyni gözündə çəkmək olmaz. Seçicilərin problemləri ilə yaxından maraqlanan, xalqın arzularını parlamentdə dilə gətirən deputatlar da az deyil. Bütün deputatlar arasında bərabərlik işarəsi qoymaq yanlışdır. Nəhayət, cəmiyyət olaraq hər kəsi öz adı ilə çağırmağı öyrənməliyik”.

S. Verdizadə hesab edir ki, bəzi millət vəkillərinin aşırı təhqirə məruz qalmasının günahı özlərindədir:

” Təəssüf ki, indi deputat olan bəzi adamlar seçki vaxtı qeyri-real vədlər veriblər. Seçicini əmin ediblər ki, deputat seçiləcəkləri təqdirdə onlara çimmək üçün süd vannası hazırlayacaqlar. Zavallı seçici nəinki süd vannasında, hətta adi vannada çimməyə su tapmayanda çıxış yolunu deputatı söyməkdə görür. Odur ki, xalqa real vəd vermək lazımdır”.

//Gülnarə Abasova, Editor.az