Xamenei: Etirazlar əvvəlcədən planlaşdırılıb, bunu edənlər adi iranlılar deyilbackend

Xamenei: Etirazlar əvvəlcədən planlaşdırılıb, bunu edənlər adi iranlılar deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali lideri Əli Xamenei ölkədə “hicab qaydalarına” tabe olmadığı üçün “əxlaq polisi” tərəfindən saxlanılan Məhsa Əminin ölümü ilə başlayan etirazların əvvəlcədən planlaşdırıldığını və “adi iranlılar tərəfindən həyata keçirilmədiyini” iddia edib.

Editor.az İran dövlət mediasının məlumatına istinadən xəbər verir ki, Xamenei Əminin ölümünə üzüldüyünü deyib. Xamenei təhlükəsizlik qüvvələrini dəstəklədiyini bəyan edib və etirazlar zamanı asayiş keşikçilərinə qarşı ədalətsiz davranıldığını iddia edib.

Qeyd edək ki, Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub. Sentyabrın 17-də Əmininin doğulduğu Sakkızda dəfnindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb. İnsan haqları qruplarının məlumatına görə, ölənlərin sayı 90-ı ötüb.

//Gülnarə Abasova, Editor.az