Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edildi – FOTObackend

Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillə kəşfiyyat müharibəsində son məğlubiyyətlərinin nəticəsi olaraq SEPAH-ın yüksək rütbəli komandanlarının yerdəyişməsindən sonra, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın Ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın “Vəli-ye Əmr” birləşməsinin komandanı təyin edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Xatırladaq ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə, İranı İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.