İranın ali dini rəhbəri Əli Xameneinin Zəngəzur dəhlizi ilə bağlı paylaşımı Güney Azərbaycanda narazılığına səbəb olub. Xameneinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinin yanlış olduğunu bildirilib. Onun Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsini etiraf etməyə dilinin gəlmədiyini deyiblər.
Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a bildirib ki, Xamenei bu fikirlərlə Azərbaycanın ərazi bütövlüyünü, tarixini təhlükə altına alır:

” İran yenə də mərkəzçilik baxışı sərgiləyir. İran özü ilə yanaşı Ermənistan tarixini də saxtalaşdırıb qədim dövlət olaraq elan edir. 1828-ci ildə Türkmənçay müqaviləsi Çar Rusiyasiyası və Qacar dövləti arasında imzalanıb. Qacar türk dövlətidir. Burada Ermənistan və İran adı hardadır? Nəyə görə Əli Xamenei İranı min illik tarixi olan ölkə kimi təqdim edərək Azərbaycanın tarixi ərazi bütövlüyünü şübhə altına alır? İran bununla 10 noyabr razılaşmasına qarşı çıxır. Çünki Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı ortaya mövqe qoydu. Deməli, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı hərbi güc tətbiq edəcəksə, onun qarşısını almağa çalışacaq. Xameneinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda səfəri ərəfəsində masaya yatırılan Suriya, Ermənistan- Azərbaycan, Ukrayna müharibəsi, Avropanın qazla təchiz olunması məsələləri fonunda belə bir saxtakarlığa yol açması şiddət doğurur. Xamenei açıqlamasında qətiyyən səmimi deyil. O, bu açıqlama ilə həm də Qərbə mesaj verir ki, Ermənistana sahib çıxmaq lazımdır”.
//Gülnarə Abasova, Editor.az

