Qəzza Səhiyyə Nazirliyi bu gün, iyulun 22-də İsrailin anklavın cənubundakı Xan Yunis əyalətinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 71-ə yüksəldiyini, 200-ə yaxın insanın yaralandığını bildirib.
Onların hamısı Nasir adına tibb kompleksinə aparılıb. Bir neçə saat əvvəl 49 nəfərin öldüyü, 186 nəfərin yaralandığı bildirilmişdi.
Xairlaaq ki, bu gün – iyulun 22-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) hərbçilərin “terror təşkilatlarına qarşı güclü hərəkətlərə” hazırlaşdığı bir vaxtda Xan Yunis sakinlərinə yaxınlıqdakı humanitar zonaya təxliyyə etməyi tövsiyə edib. Daha sonra İDF 30-dan çox “terror infrastrukturu” obyektinə, silah anbarlarına və tunel minalarına zərbələr endirib. İsrail ordusu bölgədə hərbi əməliyyatın keçirilməsi zərurətini Fələstin HƏMAS hərəkatının qüvvələrini Xan Yunisdə cəmləşdirmək, o cümlədən İsrail ordusuna raket zərbələri endirmək planlarını göstərən kəşfiyyat məlumatlarının olması ilə izah edib.
“The Jerusalem Post” yazır ki, bu gün, iyulun 22-də axşam saatlarında İsrailin zirehli texnikası Xan Yunisin şərq hissəsinə daxil olub. İyulun 13-də İsrailin əyalətə endirdiyi hava hücumu nəticəsində 90 nəfər həlak olmuşdu. Məqsəd HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfi öldürmək idi.
//Samir Qurbanov, Editor.az

