Xanım deputatın sabiq köməkçisi həbs olunub?backend

Xanım deputatın sabiq köməkçisi həbs olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanın deputatı Jalə Əhmədovanın keçmiş köməkçisi Əbülfəz Bədəlovun həbs olunması ilə bağlı xəbər yayılıb.

Editor.az Bizimxeber-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, əvəllər Salyan Təhsil Şöbəsinin müdiri, sonra Babazanlı kənd orta məktəbinin direktoru olan Ə. Bədəlov qanunsuz dərs saatları yazıb, adı sənəddə gedən, lakin şagirdlərin heç vaxt üzünü görmədiyi müəllimlərin adına maaş kartı hazırlatdırıb, cibində gəzdirirmiş.

Bu barədə Korrupsiyaya qarşı mübarizə İdarəsi məlumatlandırıldıqdan sonra deputat Jalə Əhmədova Ə. Bədəlovu köməkçisi vəzifəsindən azad edib.

Məlumatda qeyd olunur ki, Əbülfəz Bədəlovun təhsil şöbəsinin müdiri işləyən zaman saxta diplomlu müəllimləri rüşvətlə işə götürməsi və sonradan onları şantaj edərək pul alması ilə bağlı mətbuatda silsilə məqalələr dərc olunub.

Qeyd edək ki, Əbülfəz Bədəlov deputat Jalə Əhmədovanın seçki kampaniyasında aktiv iştirak edib. Sonradan onun köməkçisi vəzifəsində çalışıb.