Xanım Kamala Harris Donald Trampa qarşı dura bilməyəcək – “Axios” nəşribackend

Xanım Kamala Harris Donald Trampa qarşı dura bilməyəcək – “Axios” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkilməkdə tərəddüd etdi, çünki o və müşavirləri Kəmalə Harrisin seçkilərdə qalib gələ biləcəyindən narahat idilər.

Editor.az-ın məlumatına görə “Axios” üç mənbəyə istinadən yazır ki, onlar xanım Harrisin Donald Trampa qarşı dura bilməyəcəyini güman edirlər. Nəşr yazır ki, qarşıdakı həftə əvvəllər Demokratlar Partiyasından prezidentliyə yeni namizəd olmuş Kamala Harris üçün həlledici olacaq. Siyasətçi onun namizədliyinə şübhə edən partiya funksionerlərini razı salmalıdır.

Nəşrin qeyd etdiyi kimi, Bill və Hillari Klinton kimi bəzi demokratlar qısa müddətdə Kamala Harrisi dəstəklədilər. Lakin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi, Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakeem Jeffries, Senat çoxluğunun lideri Çak Şumer və keçmiş prezident Barak Obama kimi başqaları bunu etməkdə gecikirlər. Qeyd edək ki, sorğularda Donald Tramp həm Co Baydeni, həm də Kamala Harrisi qabaqlayır. “Washington Post” qəzetinin keçirdiyi 11 sorğuda respublikaçı demokratı 1,5 faiz üstələyib.

Dünən, iyulun 21-də ABŞ-ın hazırkı prezidenti prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. Donald Trampla fəlakətli debatdan sonra tərəfdarları onu seçkidən çəkilməyə çağırıblar. Bayden Demokrat Partiyasının vitse-prezident vəzifəsində çalışmış Kamala Harrisin namizəd kimi irəli sürməsini təklif edib.

//Samir Qurbanov, Editor.az