“Xanım kimi peşmanlıq hiss edirəm”backend

“Xanım kimi peşmanlıq hiss edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün mahnılarımı sevərək oxuyuram. İfa edəndə düşündüyüm də, düşünmədiyim kimsə olur. Bir etiraf edəcəm. Hər zaman öz səmimiliyimlə görürsüz. Bu dəfə daha çox səmimi olacam”.

Editor.az olay-a istinadən xəbər verir ki, bu sözləri “Səhər mərkəzi” verilişində müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı münasibətlərdə yaşadığı peşmanlıq hissindən bəhs edib:

“Bir insana qarşı yaxşı olursan, qarşılıq görməyəndə, münasibətinin əksi ilə üzləşəndə fikirləşirsən ki, kaş etməzdim. Ona ah-nalə etmirsən. Düşünürsən ki, bu insana dəyməzmiş… İkinci peşmanlıq isə qarşı tərəfə, qəlbən sevdiyin insana qarşı  onu itirməmək, qəlbinə dəyməmək üçün bir addım atırsan. Sonradan peşman olursan. Allah bu duyğunu heç kimə yaşatmasın. O hissi yaşadım. Bir xanım kimi qəlbimdə həmin peşmançılığı hiss edirəm. Fikirləşirəm ki, kaş olmazdı”.