Xankəndi an məsələsidir – Ermənilərin “Miatsum” kitabı bağlandıbackend

Xankəndi an məsələsidir – Ermənilərin “Miatsum” kitabı bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi gün Azərbaycan üçün başqa əlamətdar hadisə ilə də diqqət mərkəzinə düşdü. Prezident İlham Əliyev Laçına səfər etdi və orada öz yurd-yuvasına qayıdan laçınlılarla görüşüb, mənzillərinin açarlarını onlara təqdim etdi.

Dövlət başçısı Kəlbəcər-Laçın səfərləri ilə hələ də Azərbaycana qarşı revanş əhval-ruhiyyəsində olanların ümidlərinin üstündən birdəfəlik xətt çəkdi. İstər artıq işğaldan azad edilən həmin ərazilərə həyatın qayıtması, o yerlərin sakinlərinin öz doğma yurd-yuvalarına dönməsi nöqteyi nəzərdən olsun istərsə də Prezident İlham Əliyevin etdiyi açıqlamalar günə damğasını vurdu. Bu hadisələr fonunda Ərdoğanın isə üçüncü dəfə Türkiyə prezidenti seçilməsi 28 may tarixini Türk Dünyası üçün xüsusilə əlamətdar hadisəyə çevirdi.

Türkiyə xalqı müqəddaratını müəyyənləşdirməklə taleyini Qərbin ümidinə buraxmadı, Kılıçdaroğlu adlı layihəni qəbul etmədiklərini nümayiş etdirdilər. Ərdoğanın bu qələbəsi bizim üçün “bölgədə və Qarabağda hansı addım atıla bilər” sualı ön plana çıxır, xüsusilə ötən gün Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə ünvanlandığı çağırışlar fonunda bu gözləntilər daha da artır.

Ölkəmizin başçısı Qarabağ ermənilərinə, separatçılara və onların hamilərinə açıq şəkildə elan etdi ki, “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı, müstəqillik xülyası statusun dalınca getdi”. Prezident bununla bəlkə də Qarabağ ermənilərinə artıq müqəddəratını təyin etmək, yaxın gələcəkdə harda olacağını müəyyən etmək növbəsi sizindir. Çünkü rəsmi Bakının mövqeyi ilə artıq nəyinki Ermənistan, bütün dünya ictimaiyyəti tanışdır. Dövlət başçısı artıq dəfələrlə qeyd edib ki, Azərbaycanın suverenliyi çərçivəsində, Azərbaycanın şərtləri daxilində yaşamaq istəyən Qarabağ ermənilərinin hər biri bizim vətəndaşımızdır. Başqa fikirlərdə olan, Azərbaycan bayrağı altında yaşamağı qəbul etməyənlərə qapı açıqdır.

Daha dəqiq desək, Prezident İlham Əliyev Xankəndinə ünvanlanan seçim mesajını hələ 18 apreldə elan etmişdi: Ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Bununla da Prezident ötən gün bir daha, bəlkə də son dəfə ermənilərə bəyan etdi ki, yeganə yol Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta “dövlət atributlarını” zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır. Bunlar olmayacağı təqdirdə Azərbaycan daha sərt qərarlar qəbul edərək, ərazisində separatizmi təbliğ edən qüvvələrə qarşı lazımi tədbirlər görmək zərurəti hiss edəcək.

Dövlət başçısının ermənilərin özlərinin başa düşəcəyini, Azərbaycan bayrağı altında yaşamağı qəbul edəcəyini gözlədiyimiz üçün heç bir addım atılmır mesajından da aydın olur ki, istənilən an Azərbaycan addım suverenliyini, milli təhlükəsizliyini və ərazi bütövlüyünə olan təhdidi aradasn qaldırmaq üçün adekvat tədbirlər görə bilər.

Dövlət başçısının hər bir açıqlamasında günümüzün geosiyasi reallığı əks edildi. Bu reallığı məhz Azərbaycan özü yaradıb. Postkonflik dövründə bu məsələlərdə Azərbaycan mövqelərini daha da güclmndirməyi bacardı və hər ötən gün Azərbaycana etimad göstərən dövlətlərin sayı durmadan artır. Bu gün Azərbaycan artıq nəyinki Cənubi Qafqazda, Avropada, artıq qlobal miqyasda da ciddi aktor kimi, dünya üçün önəmi olduqca yüksək olan vacib məsələlərlə bağlı qərarların qəbul edilməsində sayılıb-seçilən fiqura çevrilib.

Hazırda məlumdur ki, Avrasiyada böyük güclər və qruplar arasında ciddi mübarizə gedir. Həmin qüvvələr Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə də ciddi təzyiqlər edirdilər, bundan sonra da edəcəklər.

Rəcəb Tayyib Ərdoğanın ölkəsi üçün oynadığı rola baxarkən görə bilərik ki, onun son layihələri Türkiyənin gələcəyi üçün, suverenliyinin möhkəmləndirilməsi istiqamətində olduqca vacibdir. Bu detal şübhəsiz ki, Azərbaycanın da Ermənistanla danışqılar prosesində əlini gücləndirir. Çünkü dostun nə qədər güclü olarsa, sən də o qədər yenilməz və qələbəyə köklənmiş olacaqsan.

Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi xüsusilə də regionda at oynatmaq istöəyən qüvvələrin arzularını ürəklərində qoydu. Əgər indiyə qədər regionda bəlli ölkələr söz sahibi olmaq istəyirdisə, artıq dünən Türkiyə xalqı sabitliyin, təhlükəsizliyin təminatçısı kimi yenidən ön planda olacaqları barədə seçim etdi. Bu gün Azərbaycan və Türkiyə liderləri arasında olan münasibət ölkələr arasındakı əlaqələri daha da inkişaf etdirəcək.

TREND