Xankəndi-Laçın yolunda Xocalı soyqırımının ildönümü ilə bağlı “Badam çiçəyi” kompozisiyası quraşdırılıb – FOTObackend

Xankəndi-Laçın yolunda Xocalı soyqırımının ildönümü ilə bağlı “Badam çiçəyi” kompozisiyası quraşdırılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi-Laçın yolunda aksiyanın keçirildiyi ərazidə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Badam çiçəyi” kompozisiyası quraşdırılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, kompozisiyada badam çiçəyinin bir ləçəyinin düşdüyü və birinin isə üzərinə qan töküldüyü əks olunub.

Qeyd edək ki, aksiya ərazisində rus və ingilis dillərində “Xocalıya ədalət” şüarı yer alan lövhələr də quraşdırılıb.

Həmçinin aksiya iştirakçıları Azərbaycan, rus və ingilis dillərində “Xocalıya ədalət”, “Xocalı soyqırımını unutma”, “Xocalı soyqırımı XX əsrin faciəsi” kimi şüarlar səsləndirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 77 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.