Xankəndi mitinqi nədən xəbər verir?-“Azərbaycan qəti şəkildə bildirməlidir ki…”backend

Xankəndi mitinqi nədən xəbər verir?-“Azərbaycan qəti şəkildə bildirməlidir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oktyabrın 30-da Xankəndidə keçirilən mitinqi ürək ağrısı ilə izlədik. Bu Azərbaycan üçün olduqca təhlükəli tendensiyadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında   AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.

Onun sözlərinə görə, terrorçu Arayik Arutunyanın aylar öncə Xankəndidə 33 min əlahinin yaşamasını açıqlaması və ardınca belə  mitinqin təşkil edilməsi bir çox mətləblərdən xəbər verir:

” 33 min əhalinin yaşadığı ərazidə necə 40min nəfərdən ibarət mitinq keçirilə bilər? Deməli burada başqa güclərin də əli var. Rusiya faktoru burada daha güclü hesab olunur. Şou xarakterli mitinqdə “Azərbaycana birləşmirik” şüarları səslənib. Belə terrorçu xalqın Azərbaycana birləşməsi heç bir halda bizə  sərf etmir. Sadəcə Beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan tərəfi düzgün mövqe sərgiləyərək həmin insanları öz vətəndaşı kimi qəbul etdiyini açıqlayıb. Bu mitinqdən sonra Azərbaycan tərəfi qəti qərar verməlidir. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş nazirinin Nikol Paşinyanın Soçi görüşünu nəzərə alsaq,  öncəsidə mitinqin keçirilməsi təxribat kimi qəbul edilməlidir. Burada tək Rusiyanın deyil, Qərbin də rolu böyükdür. Soçi görüşünü Avropa dövlətləri heç bir halda qəbul edə bilmir. İstənilən halda Azərbaycan tərəfi bununla bağlı ciddi araşdırma aparmalıdır”.

//Safura Bənnayeva, Editor.az