Xankəndi və digər qalan ərazilər də Azərbaycanın nəzarətinə keçəcək -“Bu, şüar və pafos deyil”backend

Xankəndi və digər qalan ərazilər də Azərbaycanın nəzarətinə keçəcək –” Bu, şüar və pafos deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Postmüharibə dövrünün müxtəlif insident və təxribatlara keçəcəyi gözlənilən haldır. 44 günlük müharibədə məğlub olan erməni və onların havadarları təbii ki, bu məğlubiyyəti həzm edə bilmirlər. Odur ki, təxribatlar törətməklə sülh prosesinə gedən yolda maneələr törətməyə çalışırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.


Siyasi şərhçi bildirib ki, bu təxribatları törədənlər erməni ordusunun qalıqlarını Qarabağdan çıxarmağı öhdəsinə götürmüş Paşinyan hakimiyyəti və Rusiya sülhməramlılarıdır:

“Bu, rəsmi olaraq belədir, çünki 10 noyabr müqaviləsinin 7-ci bəndi bunu təsdiq edir. Proseslər özünün məntiqi sonuna yaxınlaşdıqca təxribatlar da artacaq. Buna səbəb Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünə az qalmış yaradılmaq istənilən görüntüdür. Bu, regionda sülh istəməyən yerli və xarici qüvvələrin işidir. Ermənistan daxilində revanş istəyən qüvvələr az deyil. Bu qüvvələr son çırpınışlarını edirlər. Regionda bir gerçəklik var, o da Azərbaycan dövlətinin gücü və iradəsi. Qarabağ məsələsi təxribatçı qüvvələrin əməllərinə baxmayaraq həll edilmiş məsələdir. Bu mərhələdən sonra heç bir kənar qüvvənin bu prosesin məntiqi sonluğa çatmasına təsir imkanı yoxdur. Zəngəzur dəhlizi də açılacaq, Xankəndi və digər qalan ərazilər üzərində də Azərbaycan dövlətinin nəzarəti bərpa ediləcək. Deyilənləri heç də şüar və pafos kimi qəbul etmək lazım deyil. Bu, kimsənin qarşısını ala bilməyəcək geosiyasi prosesdir və buna mane olmağa çalışan qüvvələrin  prosesə təsir imkanları yoxdur. Buna İranın son proseslərdəki geri addım atması misalında nümunə gətirmək olar”.

//Gülnarə Abasova, Editor.az