“Xankəndidə azərbaycanlılarla ermənilərin birgə yaşayışını təşkil edə bilərəm”backend

“Xankəndidə azərbaycanlılarla ermənilərin birgə yaşayışını təşkil edə bilərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağın Hadrut qəsəbəsinə gələn ilin sonuna kimi köç başlayacaq. Hadrutda kimlərin yaşayacağı barədə rəsmi məlumat verilməsə də, qəsəbəyə əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın köçürələcəyi ehtimal olunur.

 

Qərbi Azərbaycanın Göyçə mahalında anadan olan siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında deyib ki, qərbi qzərbaycanlıların ən böyük arzusu dədə-baba yurdlarına qayıtmaqdır:

“Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmaq istəyirlər. Oradan köçənlərin sayı 1 milyon yarımı keçib. Düzdür, Qərbi Azərbaycan icmasının başçısı özü bir adam deyil, bu sahəyə rəhbərlik etməyi bacarmayan bir insandır. Amma cənab Prezident sağ olsun özü təşəbbüs göstərib. Biz də çalışırıq ki, öz torpaqlarımıza qayıdaq.

Ermənilər bu gün Xankəndində yaşayırlarsa, biz də Basarkeçər, Vedidə, Göyçədə yaşamalıyıq. Ona görə də biz Hadruta yox, Qərbi Azərbaycana qayıtmalıyıq. Əgər ermənilər özlərinin olmayan torpaqlarda yaşaya bilirlərsə, biz də öz torpaqlarımızda yaşaya bilərik. Bu məsələni dünya miqyasında qaldırmalıyıq.

Əgər ermənilərin bizim torpaqda yaşamasına şərait yaradılırsa, bizə niyə şərait yaradılmır? Cənab Prezident Türkiyədə də bu məsələyə toxundu və bu, qərbi azərbaycanlılara qarşı hörmətdir.

Nə vaxtsa öz torpaqlarımıza qayıdacağıq. İstərdim ki, Hadruta oradan çıxarılanlar qayıtsın, bu, daha effektiv olar. Hər halda alqışlanası haldır.

Şəxsən mən, bu gün fərman verilsə, Xankəndinin səlahiyyətli nümayəndəsi olub və orada qərbi azərbaycanlıların, erməni vətəndaşlarının birgə yaşayışını yüksək səviyyədə təşkil edə bilərəm. Buna tam hazıram.”