Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina SÖKÜLÜRbackend

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan bina SÖKÜLÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.

Editor.az  xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.

O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.

“Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək”, – deyə A.Telmanqızı bildirib.