Xankəndidə erməniəsilli qadın ölübbackend

Xankəndidə erməniəsilli qadın ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Vera Varaşakovna Aqasyan oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Editor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub:

“Keçirilən məhkəmə-tibbi ekspertizasının ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub”.

Məlumata görə, Vera Varaşakovna Aqasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdi.