“Xankəndidə Rusiya bayrağı olan yerdə niyə Azərbaycan bayrağı dalğalanmır?” – AÇIQLAMAbackend

“Xankəndidə Rusiya bayrağı olan yerdə niyə Azərbaycan bayrağı dalğalanmır?” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva imzaladığı sazişə hörmət etmir”.

Yenisabah.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya-Ermənistan “Lazarev” klubunun təsisçisi və lideri, Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəsinin Dağlıq Qarabağı tərk etməyəcəyi barədə səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Rusiya prezidentinin son çıxışı Zatulini bu cür həyasızlıq göstərməyə sövq edib:

“Zatulindən əvvəl bunu Jirinovski və ermənilərə işləyən digərləri də səsləndirib. Bu və ya digər formada dolayısıyla, bunu Putin də təsdiqləyib. Putin bu günlərdə Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi məsələsilə bağlı suala cavab verərkən deyib ki, Dağlıq Qarabağda yaşayan ermənilər benefisiardır. Benefisiar mülkiyyətə sahiblənəcək namizədə deyilir. Yəni burada ikinci adam yoxdur”.

Həmsöhbətimiz deyib ki, Rusiyanın təbliğatı antiazərbaycan təbliğatıdır:

“Azərbaycanda müharibə dövründə yüksək olan milli ruhu son zamanlar bəziləri öldürməyə çalışır. Rusiyanın təbliğatı anti-Azərbaycan təbliğatıdır ki, ona da xarici işlər naziri Sergey Lavrov başçılıq edir.  Onlar açıq şəkildə bildirirlər ki, Qarabağın işğal altında qalan Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Əsgəran əraziləri ermənilərə məxsusdur. Xankəndidə Rusiyanın bayrağı olan yerdə niyə Azərbaycanın bayrağı dalğalanmır? Nədən rus bayrağının yanında tanınmayan saxtakar qurumun və Ermənistanın bayrağını asmaqda davam edirlər? Nə vaxta qədər bu kimi məsələlərdə susacağıq? Moskva imzaladığı sazişə hörmət etmir. Ona görə də Rusiyadakı ermənipərəstlər yenidən açıq mütəviyə keçərək, anti-Azərbaycan təbliğatını genişləndirir, status məsələsini gündəmə atırlar”.

C. Nuriyev bildirib ki, İrəvan kimi Rusiya da artıq Azərbaycanla hesablaşmalıdır:

“Azərbaycan dövlət kanallarında isə Rusiya əleyhinə heç nə söylənilmir. Bütün bunlar isə cənab Prezidentin yürütdüyü siyasətin əleyhinədir. Bizə hörmətsizlik edənlər başa düşsünlər ki, Azərbaycan artıq 15-20 il əvvəlki ölkə deyil. Bizimlə hesablaşmalıdırlar. Zatulin kimdir ki, Azərbaycanın daxili işlərinə qarışır? Ona azərbaycanlı millət vəkilləri cavab verməlidir. Amma nədənsə gözləmə mövqeyi tutaraq, danışmırlar. Artıq ermənilərin beyninə yeridiblər ki, bu ərazilər onlarındır. Ona görə də sülhməramlıların 5 il deyil, daha çox, 30-40 il qalacaqlarından danışırlar”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə də Azərbaycanı hədələyən fikirlər səsləndirib. “Biz öz öhdəliklərimizdən boyun qaçırmağa və yayınmağa alışqan deyilik. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır. Bu, Putinin canlı çıxışında da qeyd olunub. Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb”, – deyə Zatulin bildirib.