Xankəndidə təqribən 800-900 seçicinin səs verməsi gözlənilir.
Editor.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”, – deyə o əlavə edib.

