Ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində azad olunan ərazilərdə, əsasən, tələ minalar aşkar edilib.
Editor.az Trend-ə istinadən bildirir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.