Xankəndidə təşviş: separatçılar Bakı ilə danışıb, rejimi ləğv edirlər?backend

Xankəndidə təşviş: separatçılar Bakı ilə danışıb, rejimi ləğv edirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçı rejimin “spikeri” Artur Tovmasyanın Araik Arutyunyanı istefaya çağırması Xankəndidə narahatlığa səbəb olub.

Məlumata görə, Tovmasyanın Qarabağda “müdafiə komitəsi” yaratmaq təklifinə xüsusilə müxalif kəsimlər şübhə ilə yanaşırlar. Onlar belə komitə sayəsində Ermənistan hökumətinin Qarabağdakı rejimi çökdürməyi və onu Azərbaycanın tərkibində icmaya çevirmək planını reallaşdıracağını düşünürlər:

“Məsələ ondadır ki, “müdafiə komitəsinin” 90-cı illərdəki formasında yaradılması, “hökumətin” əlindəki səlahiyyətlərin bütün gücü özündə toplayacaq struktura verilməsi ilə nəticələnəcək. Məhz bu “komitə” nə vaxtsa qərar verəcək ki, o, Azərbaycanla danışıqlar aparsın”.

Globalinfo.az