Xankəndidə vəziyyət gərginləşir: Yeni bəyanatlar nəyə xidmət edir?-AÇIQLAMAbackend

Xankəndidə vəziyyət gərginləşir: Yeni bəyanatlar nəyə xidmət edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən ilin dekabr ayının 12-də azərbaycanlı ekofəalların keçirdiyi aksiya və ortaya qoyduqları iradə Azərbaycanın Qarabağ bölgəsində separatçılar üzərindən bölgədə oyunlar qurmaq istəyən dövlətlərin gələcəklə bağlı qurduqları bir çox planlara çox ciddi zərbə vurmuş oldu”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, bu proses Qarabağdakı erməni azlığı üçün “soyuq duş” effekti yaratmış oldu: “

“Onlar gələcəyi ilə bağlı heç kimə arxayın olub planlar qurmağın mümkün olmadığını və belə bir perspektivin mövcud olmadığını qəbul etdilər. Bu proses Azərbaycanın Qarabağ bölgəsində idarəetməni və dövlət suverenliyini təmin etmək istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bunu dərk edən həm separatçı qüvvələr,həm də  bir sıra güclər məsələn İran, Rusiya, Fransa Azərbaycan daxilində yeni elementlər formalaşdırmaqla Qarabağdakı erməni icması arasında mövcud olan pesimist əhval-ruhiyyə və Azərbaycanın müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması təsəvvürlərini sıradan çıxartmaq, yeni istiqamətlər müəyyən etməyə cəhd edirlər. Birinci gəlişində heç bir nəticələr əldə etməyən Vardanyanın yenidən zorla Qarabağa qaytarılması, Arayik Artunyanın “konstitusiya” dəyişiklikləri etməklə bağlı sərsəm açıqlamaları, indiki vəziyyətdə Qarabağda “prezident” seçkilərinin xalq deyil, parlament tərəfindən keçirilməsi fikirlərinin səsləndirməsi özlərinin mövcudluğunu qoruyub-saxladıqları görüntüsünü yaratmaq üçün bir cəhddir”.

Politoloq vurğulayıb ki, Arayik Artunyanlar, Vardanyanlar çox gözəl bilir ki, artıq prosesi geri qaytarmaq mümkün deyil, ox yaydan çıxıb:

“Qarabağda yaşayan erməni əsilli şəxslərin gələcəyi, təhlükəsizlik və hüquqlarının bərpası yalnız Azərbaycan dövləti və onların strukturları tərəfindən həyata keçiriləcək. Yaxın dövrlərdə bölgədə separatizmin əlamətlərinin tamamilə aradan qaldırılması istiqamətində qəti və iradəli davranışlar nümayiş etdirilir. Bu addımların real nəticələrini tezliklə görəcəyik. Azərbaycan üçün hədəf və problem bölgədə sülh mühitinin formalaşdırılmasıdır”.
 
//Safura Bənnayeva, Editor.az