Xankəndidəki general Azərbaycan vətəndaşlarını necə soyur?backend

Xankəndidəki general Azərbaycan vətəndaşlarını necə soyur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərə qarşı soyğunçuluq fəaliyyəti getdikcə güclənməyə başlayıb. 

Məlumata görə, son zamanlar sülhməramlılar qondarma rejimdəki ermənilərin hesabına gəlirlər əldə etməyə başlayıblar. Qəzetin mənbəsi bildirir ki, sülhməramlılar yerli ermənilərdən aldığı rüşvətin məbləğini son aylarda 5 dəfə artırıblar. Belə ki, əgər əvvəllər Qarabağa qida və ya digər mallar gətirmək üçün hər böyük yük maşınından 1000-2000 dollar alırdılarsa, artıq ruslar bu rəqəmi 10 min dollara qaldırıblar.

Vəziyyətin bu həddə çatması ruslarla separatçılar arasında vəziyyəti qəlizləşdirib. Belə ki, tərəflər arasında razılaşmaya əsasən, ruslar Xankəndiyə 10 maşın yük gətirməyi öhdəliyə götürsələr də, bunun yalnız 8-ni Araik Arutyunyanın adamlarına təhvil verə bilirlər. Digər 2 maşını isə general Volkovun rəhbərliyindəki sülhməramlılar özləri Xankəndidə biznes vasitəsi olaraq istifadə edirlər. Yəni malları sataraq ondan gəlir əldə edirlər.

Qeyd edək ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Rəsmi Bakı onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası porsesinin qaçılmaz olduğunu dəfələrlə vurğulayıb./Globalinfo.az