Xankəndindəki separatçılar erməni əhalisinin Ermənistana getməsinə mane olurlar.
Editor.az xəbər verir ki, bu barədə erməni bloger Natali Aleksanyan sosial şəbəkədəki səhifəsində paylaşım edib. “Qarabağda qanunsuzluq hökm sürür və insanlardan pul qoparmaq yeni vüsət alıb”, – bloqqer yazıb.
O, Xankəndindəki dostları vasitəsilə öyrənib ki, özlərini “hakimiyyət nümayəndəsi” hesab edən separatçılar bir nəfərin keçidi üçün 4 min dollar tələb edirlər.
“Əgər bundan əvvəl bizə deyirdilər ki, insanların çıxışına mane olan Azərbaycandır, indi məlum olur ki, çıxışa mane olan “Qarabağ hakimiyyəti”dir. Bu ağır günlərdə belə. cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər”, – bloqqer qeyd edib. Natali Aleksanyan etiraf edib ki, o, Xankəndindəki qanunsuzluqlardan getdikcə daha çox məyus olur.
//Samir Qurbanov, Editor.az