“İşğaldan azad olunmuş ərazilər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında birləşir. Şuşa şəhəri mədəniyyət paytaxtı olduğundan burada prezidentin ayrıca xüsusi nümayəndəliyi yaradılmışdır. Bu, Şuşanın daşıdığı tarixi və milli mədəni əhəmiyyətindən irəli gəlir. Digər iki iqtisadi rayonunda isə işğaldan azad olunmuş bütün ərazilər birləşir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, 15 oktyabrda dövlət başçımız İlham Əliyevin bayraq ucaltdığı Xankəndi, Xocalı və Əsgəran rayonları Qarabağ İqtisadi rayonuna daxildir:
“Bu ərazilərdə idarəetməni Qarabağ İqtisadi rayonu üzrə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov icra edəcəkdir. Ona görə də Xankəndinə ayrıca bir xüsusi nümayəndəsinin təyin olunmasına ehtiyac olmadığını hesab edirəm. Bununla yanaşı xüsusi nümayəndələrin təyin olunması dövlət başçımızın səlahiyyətində olan məsələdir”.
//Gülnarə Abasova, Editor.az

