“Xankəndiyə atəş açsaq, rus əsgərini öldürüb üstümüzə atacaqlar” – ŞOK AÇIQLAMAbackend

“Xankəndiyə atəş açsaq, rus əsgərini öldürüb üstümüzə atacaqlar” – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşkəsin pozulması və bunun az qala sistemli hal alması yaxşı hadisə deyil. Əlbəttə, bu təxribatı törədənlər Azərbaycanı təxribata çəkmək istəyənlərdir. Aydındır ki, indi Xankəndində sülhməramlılar var. Əgər biz ora atəş açsaq, öldürməsək də rus əsgərini öldürüb üstümüzə atacaqlar. Əsas məsələ odur ki, bu və ya digər formada Azərbaycanı təxribata cəlb etsinlər. Biz qətiyyən bu təxribata getməməliyik. Bu günə qədər Prezidentin atdığı addımlar Azərbaycan dövlətinin maraqlarına, onun güclənməsinə xidmət edib. Biz dövlətimizin və ölkə başçısının yanında olmalıyıq. Daxilimizdə hər hansı bir narazılıq olmamalıdır”.

Editor.az xəbər verir ki, bunu politoloq Cümşüd Nuriyev deyib.

Siyasi şərhçi xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi aparan zaman hər kəs birlik içində olub və Azərbaycan dövlətini müdafiə edib. Onun sözlərinə görə, indi də çox incə məqamdır: “Mən hamıdan xahiş edirəm ki, dövlətimizin arxasında dayanaq, bir-birimizi didməyək”.

Mütəxəssis ehtimal edir ki, məntiqi baxımından Ermənistan ordusunun darmadağın edilməsi, bu ordunun müharibə aparmaq imkanı olmamasına baxmayaraq hansısa qüvvələr müharibə olmasında maraqlıdır: “Bəli, kənardan bunu arzu edirlər. Ancaq belə bir müharibə bizə lazım deyil. Çünki bunun vaxtı da deyil. Təxribatların sayı getdikcə çoxalır. Diqqət edin, açıq göründü ki, ATƏT-in Minsk Qrupuna üzv dövlətlər hələ də Azərbaycanın zəfərini qəbul edə bilmir. Biz ağıllı olmalı, uzaqgörən siyasət yürütməli və ən əsası soyuq başla düşünməliyik”./Teleqraf