Xankəndiyə gəldilər – Qondarma bayraq fonunda Vardanyanla görüşdülərbackend

Xankəndiyə gəldilər – Qondarma bayraq fonunda Vardanyanla görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikolya Fleurinin başçılıq etdiyi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndə heyəti Xankəndidə olub.

BQXK nümayəndələri Xankəndidə qondarma bayraq fonunda separatçıların başçılarından biri Ruben Vardanyanla görüşüblər.

Vardanyan BQXK-nin müharibədən sonra bölgədə yaşayan ermənilər üçün “humanitar dəstək proqramları” həyata keçirdiyini deyib.

Nikolya Fleuri bu il ərzində “görülmüş və həyata keçirilən işlər”, bölgədə yaşayan ermənilərə “sosial-iqtisadi dəstək proqramları” barədə məlumat verib. “Gələcək əməkdaşlıq və proqramlar”ın icrasının davamlılığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Ermənistan mətbuatı Fleurini “BQXK-nin Qarabağ missiyasının rəhbəri” kimi qələmə verib.

Teleqraf.com