backend

Xaricdəki Elçilərimiz- Rəşad İsmayılov Azərbaycanı Batumidə necə təmsil edir?-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Azərbaycanı xaricdə təmsil edən diplomat və diaspor nümayəndələrinin həyat və fəaliyyətindən bəhs edən “Xaricdəki Elçilərimiz” rubrikasını davam etdirir. Bu dəfə Azərbaycanın Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılovun fəaliyyətindən söz açacağıq.
DOSYE:
Rəşad İsmayılov iyun ayının 7-i 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-1991-ci illərdə çox sayda nazir, deputat və siyasətçinin məzunu olduğu Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbdə təhsil alıb və məktəbi qızıl medalla bitirib. 1991-1996-cı illərdə təhsil aldığı Bakı Dövlət Universitetinin hüquq fakultəsinin əyani şöbəsini də fərqlənmə diplomu ilə başa vurub. Daha sonra Rəşad İsmayılov 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsində təhsil alıb.
1996-2003-cü illərdə R.İsmayılovun əmək fəaliyyəti “Həyat” Qeyri-Hökümət Təşkilatında davam edib. O, qurumun Beynəlxalq Hüquq Departamentinə rəhbərlik edib.
R.İsmayılov daha sonra 2003-2005-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin “Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı “nın layihə rəhbəri olub. O, “Milli Sosial Müdafiə Sisteminin İnkişafı Proqramı”nın kordinatoru olaraq Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli Sosial Müdafiə Sisteminin İnkişafı” layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak etmışdir.
Rəşad İsmayılovun mühüm beynəlxalq fəaliyyəti 2008-2009-cu illərdə də davam edib. O, Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC- biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya –Azərbaycan Ticarət Palatasının rəhbəri olub.
R.İsmayılov daha sonra 2009-2010-cu illərdə Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru, 2011-2015 SOCAR – “Ekol Mühəndislik Xidmətləri “QSC- də Baş direktorun müavini vəzifələrində çalışmışdır.
2015-ci ilin oktyabr ayının 10-dan etibarən isə Rəşad İsmayılova Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilərək, Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
Evlidir,iki övladı var.
İngilis, Rus, Türk və Rus dillərin bilir.
Müasir və hazırlıqlı diplomat, ənənəvi tərzdən uzaq diplomatik fəaliyyət
Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu 17 noyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilərək, 03.12.2010-cu ildə rəsmi fəaliyyətə başlayıb.
Lakin araşdırmalarımız göstərir ki, Batumidə Baş Konsulluğumuzun fəaliyyətə başladığı 2010-cu ildən -2015-ci ilədək Azərbaycan ictimaiyyəti ölkəmizin belə bir diplomatin təmsilçiliyinin olmasından demək olarki, xəbərsiz olub. İndi üzərində çox dayanmaq istəmədiyimiz subyektiv səbəblərdən Batumidəki Baş Konsulluğumuzun fəaliyyətindən yəqin ki, ancaq Xarici İşlər Nazirliyimizin məlumatı olub. Hər halda media üzərindən apardığımız araşdırmalar bunu deməyə əsas verir. Baxmayaraq ki, Batumi şəhəri ilə əməkdaşlıq Azərbaycan üçün siyasi və iqtisadi anlamda mühüm əhəmiyyət kəsb edir…
Tam məsuliyyətlə demək olar ki, Rəşad İsmayılovun Batumiyə Baş Konsul təyin edilməsindən sonra bu şəhərdəki diplomatik təmsilçiliyimizin fəaliyyəti keyfiyyətçə yeni mərhələyə yüksəlib. 2015-ci ildən keçən 2 illik qısa zaman kəsiyində Batumidəki Baş Konsulluğumuz ölkəmizin ən aktiv və nüfuzlu diplomatik təmsilçiliklərindən birinə, Rəşad İsmayılov isə Azərbaycanı xaricdə ləyaqət və prinspiallıqla təmsil edən diplomatlarından birinə çevrilib.
Jurnalist həmkarlarımız təsdiq edər ki, az qalsın elə bir gün yoxdur ki, Batumidəki Baş Konsulluğumuzun fəaliyyətini əks etdirən xəbərlərə şahidlik etməyək. Qısa ifadə etməli olsaq deyə bilərik ki, Batumidəki Baş Konsulluğumuz Azərbaycanın bu bölgədəki siyasi, iqtisadi, mədəni güzgüsü rolunu olduqca yüksək səviyyədə yerinə yetirə bilir. Konsulluğumuzun Azərbaycanla bağlı təşkil etdiyi tədbirlərə Acarıstan Muxtar Respublikasının rəhbərliyi, Batuminin siyasi elitasına daxil olan yüksək vəzifəli şəxslər, bu bölgənin nüfuzlu KİV-ləri qatılırlar.
Qısa müddət ərzində Konsulluğumuzun təşəbbüsü ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası, Batumi şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Gəncə şəhəri ilə yüksək səviyyəli siyasi, iqtisadi və mədəni əlaqələr qurulmuşdur.
Şübhəsiz ki, bu Azərbaycanın hər ötən gün bölgədə və dünyada artan nüfuzunun bir göstəricisi olmaqla yanaşı, Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət konsepsiyasının Baş Konsul Rəşad İsmayılov tərəfindən uğurla icra edilməsidir.
Bir sözlə, Azərbaycan ictimaiyyəti Baş Konsul R.İsmayılovun simasında mediaya və cəmiyyətə açıq, müasir və hazırlıqlı diplomat, ənənəvi “özün de, özün eşit” tərzindən uzaq, təmsil etdiyi ölkənin ictimai-siyasi həyatına uğurla inteqrasiya edə bilən diplomatik fəaliyyət müşahidə etməkdədir.
//Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!