“Xaricdən gələn süd məhsullarının istifadə müddətinin uzun olması istehlakçıları narahat edir”-ŞƏRHbackend

“Xaricdən gələn süd məhsullarının istifadə müddətinin uzun olması istehlakçıları narahat edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qida seqmentində şikayət olunan ət və ət məhsullarıdır”.

Bu sözləri Editor.az-a istehlakçıların şikayətləri ilə bağlı danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə, konserv, sosiska, kolbasalar da şikayətin çox olduğu məhsullardandır:

“Adətən ətin keyfiyyətinin aşağı olduğu halda, qiymətinin bu qədər yüksək olmasından şikayətlənirlər. Bu sahədə ciddi dəyişiklilər aparılmalıdır. Ölkədə 20-dən çox ət məsulları istehsalçısı var. Bunlardan bir neçəsi ən müasir standartlara cavan verən ət məsulları istehsal etsə də, yerdə qalan çox sayda şirkətlər təhlükəli, ilk baxışdan istehlakçıların diqqətini cəlb edən məhsullar istehsal edirlər. Bütün hallarda istehlakçılar xaricdən gətirilən eyni cür məhsullardansa, yerli məhsullara üstünlük verməlidirlər.

Qida sektorunda spirtli içkilər, süd və süd məsulları, eyni zamanda, bir çox şirniyyat məhsulları da ən çox şikayətə səbəbiyyət verən məhsullardandır. Xaricdən gələn süd məhsullarının istifadə müddətinin uzun olması istehlakçıları narahat edir”.

//Səbinə Hüseynli, Editor.az