Xarici diplomatlar Kiyevə qayıtmağa başlayırbackend

Xarici diplomatlar Kiyevə qayıtmağa başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici diplomatlar Ukrayna paytaxtına qayıtmağa başlayır. Sloveniya Ukraynadakı müvəqqəti işlər vəkili Boştyan Lesiakı Kiyevə göndərib.

Bu barədə Sloveniyanın Ukraynadakı səfirliyi öz Tvitter səhifəsində məlumat yayıb.

“Şəhər boşdur, uzaqdan həyəcan təbili çalınır, partlayış səsləri eşidilir. Paytaxtda qalanların həyatı yaxşı gedir”, – Lesyak Kiyevə çatan kimi deyib.

Bir həftə əvvəl Sloveniyanın baş naziri Yanez Yanşi bəyan etmişdi ki, ölkə yaxın vaxtlarda öz diplomatlarını Ukraynanın paytaxtına qaytarmaq qərarına gəlib. Sloveniya hakimiyyəti digər Aİ ölkələrini də diplomatlarını qaytarmağa çağırıb.

Milli.Az